Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan "Viktoriya"nın Çexiya çempionatındakı oyunu təxirə salınıb.

"Report" xəbər verir ki, Plzen klubunun müraciəti əsasında IV turun "Viktoriya" – "Zbroyovka" oyunu başqa vaxta keçiriləcək.

Buna səbəb "Viktoriya"nın avqustun 16-da "Qarabağ"la Bakıda oyununun olmasıdır. Şənbə günü çempionat matçı ilə Çempionlar Liqası qarşılaşmasına 72 saatdan az qaldığı nəzərə alınaraq, klub "Zbroyovka" ilə görüşün təxirə salınmasını istəyib.

Çempionat rəhbərliyi bu xahişi qəbul edib. Bu çempionat qarşılaşması üçün biletlərin satışı dərhal dayandırılıb. Artıq alınmış biletlər isə həmin matçın yeni oyun günündə etibarlı sayılacaq.

Klubun mətbuat katibi Vatslav Hanzlik bu addımın ölkə futbolunun əmsalına xal qazandırmaq baxımından atıldığını bildirib: "Qarabağ"la ikili matçı həm klub, həm də bütün Çexiya futbolu üçün əsas olan əmsal baxımından vacib hesab edirik, ona görə də bu imkandan istifadə etmək istədik".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Özünü müstəntiq kimi təqdim edən dələduz DİN-in həqiqi əməkdaşına zəng etdi

SONRAKI XƏBƏR

Hindistanda sərnişin daşıyan qayıq çaya aşdı - 20 ölü