Azərbaycan idman gimnastikasında ilk qızıl medalını qazanıb

Azərbaycan idman gimnastikasında ilk qızıl medalını qazanıb<span class="qirmizi"></span>

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb. AzVision.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.

Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.

Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.


 

 

Mənbə: azvision.az