Azərbaycan idmançılarının İslamiadada daha da müsbət nəticələr əldə etmək üçün yaxşı potensialı var - Fərid Qayıbov

Azərbaycan idmançılarının Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunlarında daha da müsbət nəticələr əldə etmək üçün yaxşı potensialı var.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın idman və gənclər naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, Azərbaycan idmançıları bugünkü nəticələrə nail olmaq üçün böyük yol keçiblər.

"İdmançılarımız Konya şəhərindəki 14 idman obyektində keçirilən yarışlarda 22 idman növü üzrə iştirak edirlər. Elə idman növləri var ki, biz çox az çıxış etmişik, lakin buna baxmayaraq, idmançılarımız layiqli nəticələr göstəriblər. "Nazirliyimiz idmançılarla birlikdə bu çətin yolu keçmiş Azərbaycanın idman federasiyalarına minnətdarlığını bildirir", - nazir bildirib.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Maşınların baqajlarının yoxlanılması qanunidir? – VİDEO

SONRAKI XƏBƏR

Fransada yanğınlar 57 min hektar ərazinin məhvinə səbəb oldu