Mauro İkardi “Qalatasaray” yolunda

Mauro İkardi “Qalatasaray” yolunda<span class="qirmizi"></span>

 

PSJ-nin hücumçusu Mauro İkardi karyerasını İngiltərənin “Mançester Yunayted” və ya Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər.

Mənbə yazır ki, futbolçunun agenti və həyat yoldaşı Vanda Nara artıq hər iki klubla danışıqlara başlayıb.

Lakin hələlik danışıqların detalları barədə mətbuata heç bir məlumat verilmir.

“Transfermarkt”ın məlumatına görə, argentinalı futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Mənbə: TyC Sports

Mənbə: www.oxu.az