İslamiadanın qalibi Mariya Stadnik: “Xəbərləri açıb oxuyanda çoxlu neqativlərlə rastlaşırıq”

 

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizə qızıl medal qazandıran idmançılardan biri də Mariya Stadnik olub. 34 yaşlı güləşçi 15 ildir ki, Azərbaycan yığmasının üzvüdür. İdmançı bundan əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında da iştirak edib və hər ikisində də qızıl medalın sahibi olub.

Son qələbəsiylə bağlı Oxu.Az-a danışan Mariya Stadnik belə yarışlarda ölkəmizi layiqincə təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb:

“Ölkəmizə qızıl medal qazandıra bilməyim mənim üçün çox xoşdur. Bu mənim üçün artıq ikinci İslam Həmrəyliyi Oyunlarıdır. Qələbəmlə insanlara sevincli xəbər bəxş etdiyim üçün çox şadam. Bu gün xəbərləri açıb dünyada nələrin baş verdiyini oxuyanda çoxlu neqativ hallarla rastlaşır, buna görə narahatlıq və həyəcan keçiririk. Bu səbəbdən də ümid edirəm ki, hansısa məqamda insanları qələbəmlə, qızıl medalımla sevindirə bildim. Qoy həmişə sülh və əmin-amanlıq olsun”.

Sayad Həsənli

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Yemək yağının içindən ölü siçan çıxdı - VİDEO

SONRAKI XƏBƏR

Müdafiə Nazirliyi azad edilmiş ərazilərdən yeni görüntülər paylaşdı - VİDEO