Azərbaycanın Olimpiya çempionu İslamiadada ilk görüşündə uduzaraq medalsız qalıb

Azərbaycan taekvondoçusu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medalsız qalıb.

"Report"un xəbərinə görə, Olimpiya, dünya, ikiqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəylik Oyunlarının qalibi yarışdığı +87 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb.

Nəticədə Dağıstan əsilli idmançı medalsız qalıb.

Qeyd edək ki, dünən Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi də uduzaraq medal qazana bilməyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə rüsvayçılıq: Pul tələb etdi, zorla şalvarını soyundurdu, lüt gəzdirəcəyi ilə hədələdi

SONRAKI XƏBƏR

Britaniya Ukraynaya yeni M270 MLRS silahları verib