İslamiada: Azərbaycanın qadın güləşçisi ilk görüşdə qələbə qazanıb

İslamiada: Azərbaycanın qadın güləşçisi ilk görüşdə qələbə qazanıb<span class="qirmizi"></span>

Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da çıxış edən idmançı B qrupundakı ilk görüşündə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabı ilə qalib gəlib.

55 kq-dakı Elnurə Məmmədova isə ikinci turda digər Özbəkistan təmsilçisi Şoxida Əhmədovaya uduzub - 5:6.

Mənbə: www.oxu.az