“İnter” hücumçusunu icarəyə verdi

“İnter” hücumçusunu icarəyə verdi<span class="qirmizi"></span>

İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, A Seriyası təmsilçisi “İnter”dən hücumçu Andrea Pinamontini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

23 yaşlı forvard satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Sassuolo” gələn yaya kimi futbolçunun transfer hüqqlarını almaq istəsə, “İnter”ə 20 milyon avro ödəməlidir.

Qeyd edək ki, “İnter”in öz yetirməsi olan hücumçu ötən mövsüm “Empoli”də icarədə oynayıb.

Mənbə: qol.az