"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un hücumçusunu icarəyə götürüb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" (Plzen) komandası son 2 gündə 3-cü transferini gerçəkləşdirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi Macarıstan "Ferentsvaroş"undan nigeriyalı hücumçu Forçun Akpan Bessini icarəyə götürüb. 24 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

"Viktoriya" ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı transfer edib.

Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Müharibə Rusiya iqtisadiyyatını dörd il geriyə saldı

SONRAKI XƏBƏR

KİV: "Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq"