İslamiada: Azərbaycanın qadın voleybol millisi yarımfinala vəsiqə qazanıb

İslamiada: Azərbaycanın qadın voleybol millisi yarımfinala vəsiqə qazanıb<span class="qirmizi"></span>

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kamerun yığmasına 3:1 hesabla qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.

Mənbə: report.az