Ronaldonu bu kluba təklif etsələr də, rədd cavabı aldılar - Danışıqlar gedir

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Ölkə.az xəbər verir ki, "qırmızı şeytanlar"ın nümayəndələri portuqaliyalı ulduzu "Yuventus"a təklif ediblər. Bu barədə italiyalı idman jurnalisti Paolo Paqanini məlumat yayıb. Xəbərə görə, Mançester təmsilçisinin rəsmiləri Turin klubunun yarımmüdafiəçisi Adrien Rabyonun transferi ilə bağlı danışıqlar masasına Ronaldonu da daxil etmək istəyirlər. Lakin "Yuventus" bu təklifə razılıq verməyib. Buna baxmayaraq futbolçunun agenti Jorje Mendeş hələ də "qoca sinyora" ilə müzakirələri davam etdirir.

Qeyd edək ki, Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da oynayıb.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyevdən KÖMƏK İSTƏYƏN ermənilərə CİNAYƏT İŞİ açıldı

SONRAKI XƏBƏR

Fransa və Britaniya şirkətləri birlikdə yeni nəsil qanadlı raketlər hazırlayacaq