İlin ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı<span class="qirmizi"></span>

Kamavinqa, Qavi, Bellinqem, Saka, Musiala ilin ən yaxşı gənc oyunçusu mükafatına iddialılar arasındadır.

İlin ən yaxşı gənc futbolçusu seçilən Raymon Kop kubokuna namizədlərin adları açıqlanıb.

Mükafat 2018-ci ildən “France Football” tərəfindən təqdim edilir. 21 yaşdan kiçik oyunçular üçün nəzərdə tutulur.

Bu ilin ən yaxşı on namizədi aşağıdakılardır:

Kərim Adeyemi (“Zalsburq”/Borussiya, Almaniya)

Cud Bellinqem (“Borussiya”, Almaniya)

Eduardo Kamavinqa (“Real” Madrid, Fransa)

Qavi (“Barselona”, ​​İspaniya)

Rayan Qravenberx (“Ayaks”/Bavariya, Niderland)

Nunu Mendeş (PSJ, Portuqaliya)

Camal Musiala (“Bavariya”, Almaniya)

Yoşko Qvardiol (“Leypsiq”, Xorvatiya)

Bukayo Saka (“Arsenal”, İngiltərə)

Florian Virts (“Bayer”, Almaniya).

Qalib oktyabrın 17-də “Qızıl top” mükafatının təntənəli təqdimetmə mərasimində elan olunacaq.

Mənbə: Sports.ru

Mənbə: www.oxu.az