Azərbaycan millisinin toppaylayıcısı: "Hədəfimiz Vətənə qızıl medalla dönməkdir"

Azərbaycan millisinin toppaylayıcısı: "Hədəfimiz Vətənə qızıl medalla dönməkdir"<span class="qirmizi"></span>

"İslamiadada B qrupunda mübarizəyə başladıq. Qrupda üç görüş keçirdik. İlk iki matçda rahat qələbə qazandıq. Sonuncu görüşümüz Kamerun yığmasına qarşı oldu. Birinci setdə öz səhvlərimizə görə məğlub olduq. Buna baxmayaraq, sonra hissələri qazanaraq matçın qalibi ola bildik və qrup lideri kimi növbəti mərhələyə yüksəldik".

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qadın millinin toppaylayıcısı Şəfaqət alışanova deyib.

O, sabah yarımfinalda İranla keçiriləcək görüş barədə də danışıb: "Sabah yarımfinalda İran yığması ilə qarşılaşacağıq. Hədəfimiz Vətənə qızıl medalla dönməkdir. Çalışmalıyıq ki, qarşıdakı görüşlərdə daha yaxşı oyun göstərək. İnanıram ki, bu yarışda qalib gələrək 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı qələbəni təkrarlayacağıq".

Xatırladaq ki, ötən İslamiadada Azərbaycan millisi finalda Türkiyəyə 3:1 qalib gələrək çempion olub.

Mənbə: report.az