Messi "Qızıl top"a namizəd deyil - 17 il sonra…

Ednews xəbər verir ki, belə hal son dəfə 17 il öncə yaşanıb. 35 yaşlı forvard 2005-ci ildən etibarən hər il "Qızıl top"un qısa siyahısında yer alıb.

O, hətta 2007-2018-ci illərdə hər il ilk "3-lüy"ə daxil olmağı bacarıb. O, bu müddət ərzində 5 dəfə sözügedən mükafata layiq görülüb.
2018-ci ildə qələbəni əldən verən forvard 2019, 2021-ci illərdə "Qızıl top"u qazanıb. Koronavirus pandemiyası səbəbindən mükafat 2020-ci ildə verilməyib.

Qeyd edək ki, Messi PSJ-nin heyətində geridə qalan mövsüm 34 matçda 14 qol vurub və 11 qolun ötürməsini verib. O, Argentina millisi ilə 15 oyunda 7 dəfə fərqlənib.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın bir ağırlıqqaldıranı da medal almadı

SONRAKI XƏBƏR

Türkiyənin sabiq Prezidenti Abdullah Gül koronavirusa yoluxub