Vüqar Bayramov: "Yarımfinala çıxmaq üçün 3:1 hesablı qələbə lazım idi, bunu da bacardıq"

"Bildiyiniz kimi, qrupda qarşılaşıb uduzduğumuz Kamerun millisi də çox güclü rəqib idi. Onlar həqiqətən də həm taktiki, həm də fiziki baxımdan bizdən fərqli komanda idilər".

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında Mərakeşin kişi voleybolçulardan ibarət komandasına 3:1 qalib gəlmiş Azərbaycan millisinin üzvü Vüqar Bayramov deyib.

O, Mərakeşin bu il Afrikanın gümüş medalçısı olduğunu bildirib: "Mərakeş millisi dəfələrlə Afrika çempionu olub. Bu il Afrika ikinciliyi əldə etmişdilər. Bizim üçün çətin oyun idi. Ancaq əlimizdən gələni ortaya qoyub, komanda oyunu göstərdik. Çox çətin oldu, amma qələbə qazandıq. Yarımfinala çıxmaq üçün 3:1 hesablı qələbə lazım idi. Biz də bunu bacardıq".

Vüqar Bayramov bu rəqiblə yaxınlarda Bakıda da qarşılaşdıqlarını qeyd edib: "Mərakeşlə Bakıdakı təlim-məşq toplanışında da qarşılaşmışdıq. Bir dəfə biz, bir dəfə də onlar qalib gəlmişdilər. Ancaq Bakıya tam əsas heyətlə gəlməmişdilər. Sevinirik ki, belə güclü komandaya qalib gəldik. Məqsədimiz medal qazanmaqdır. Yarımfinaldakı rəqibimiz yəqin ki Türkiyə olacaq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qurban Qurbanov: "İntizamlı komanda ilə oyunda vacib qələbə qazandıq"

SONRAKI XƏBƏR

Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi