Azərbaycanın para-stolüstü tennisçisi İslamiadada mübarizə aparıb

Azərbaycanın para-stolüstü tennisçisi Dinarə Sunçeleyeva bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizə aparıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, o, 3 görüş keçirib.

Dinarə Sunçeleyeva əvvəlcə türkiyəli Ümran Ertişə 0:3 hesabı ilə uduzsa da, daha sonra iranlı Fatimə Məhəmmədidən üstün olub – 3:0. Bununla belə, o digər İran təmsilçisi Seyidə Fatimə Etesaminia ilə bacarmayıb – 0:3.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Qoca avtomobil”i gözləyən aqibət: Utilizasiya prosesi necə gedəcək?

SONRAKI XƏBƏR

Basqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaq