"Qarabağ"ın hücumçusu Türkiyə klubunun hədəfində - ÖZƏL + FOTO

"Qarabağ" klubunun hücumçusu İbrahima Vaci komandanı tərk edə bilər.

 27 yaşlı seneqallı forvardla Türkiyənin "Giresunspor" klubu maraqlanır.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Vacinin qış transfer pəncərəsində satılmasına razılıq verib.

Bununla belə, "Qarabağ" hazırda hücum xəttinə axtarışları davam etdirir.

Bir neçə gün əvvəl "atlılar"ın Macarıstan "Fehervar"ının gürcüstanlı hücumçusu Budu Zivzivadze ilə maraqlandığına dair xəbərlər yayılmışdı. Lakin ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında onun "Qarabağ"ın transfer hədəfində olmadığını bildirmişdi.

 

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Bu da Təranə və Musanın qızı Sevgimcan - VİDEO

SONRAKI XƏBƏR

Partiya sədrini it dişlədi - FOTO