Mahmud Qurbanov: "Turan Tovuz" yaxşı müdafiə olundu"

Mahmud Qurbanov: "Turan Tovuz" yaxşı müdafiə olundu"<span class="qirmizi"></span>

"Rəqib yaxşı müdafiə olundu".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis istədikləri oyunu sərgiləyə bilmədiklərini söyləyib: "İlk qələbəmizi qazanmaq istəyirdik. Matça heç də pis başlamamışdıq. İkinci hissədə rəqibinin ilk hücumu qol oldu. Futboldur. Qarşıdakı matçlara baxacağıq və qələbə qazanmağa çalışacağıq".

Mənbə: report.az