Mahmud Qurbanov: "Bu müdafiə xəttini yara bilmədilər"

"Qələbə qazanmaq istəyirdik. Amma rəqib səhvsiz oynadı".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov deyib.

49 yaşlı mütəxəssis Misli Premyer Liqasının II turunun "Turan Tovuz"la ev oyunundan sonra fikirlərini "CBC Sport"a açıqlayıb: "Bizim bir səhvimizdən qol vuruldu. Bu da həlledici oldu. İstər yerlilər, istər legionerlər bu gün yaxşı oynamadılar. Rəqib qapanmışdı. Bu müdafiə xəttini yara bilmədilər. İstədiyimizi görmədik".

Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Çində qəfil gələn sel turistləri özü ilə apardı: Qurbanlar və itkin düşənlər var - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Elzadan ETİRAF: "Anam bacı-qardaşına süd verib" - VİDEO