“Qarabağ” “Sumqayıt”ın müqavimətini əlavə olunmuş dəqiqələrdə qıra bildi – VİDEO

“Qarabağ” “Sumqayıt”ın müqavimətini əlavə olunmuş dəqiqələrdə qıra bildi – <span class="qirmizi">VİDEO</span>

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında ölkə çempionu “Qarabağ” “Sumqayıt”ın qonağı olub.

“Kapital Bank Arena”dakı qarşılaşma olduqca gərgin mübarizə şəraitində keçib.

90 dəqiqə boyunca rəqibinin müqavimətini qıra bilməyən “köhlən atlar” əlavə olunmuş 4-cü və 8-ci dəqiqələrdə vurduğu iki qolla yekunda qələbə qazana bilib.

Ağdamlıların heyətində Musa Qurbanlı və Filip Ozobiç fərqlənib.

Bu nəticə ilə xallarının sayını 6-ya çatdıran, “Qarabağ” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Sumqayıt” isə ikinci oyundan sonra da xalsızdır.

Mənbə: www.oxu.az