Nazir güləşçilərimizin 23 medalına belə reaksiya verdi

Nazir güləşçilərimizin 23 medalına <span class="qirmizi">belə reaksiya verdi</span>

V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır.

Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

“Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, - nazir qeyd edib.

Mənbə: axar.az