PSJ Messi ilə müqaviləni uzatmağı planlaşdırır

Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu argentinalı hücumçu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.

“Report”un “L Equipe”ə istinadən məlumatına görə, rəhbərlik argentinalı futbolçunun oyunundan razı qalıb.

Müqavilənin uzadılması ilə bağlı danışıqlara yaxın vaxtlarda başlanacağı qeyd edilir. Razılaşma azı bir mövsüm uzadılacaq.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında PSJ-yə keçib. O vaxtdan bu günə kimii 34 yaşlı futbolçu Fransa yığmasının heyətində 34 oyuna çıxıb, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Avqustun 12-də hücumçunun 2005-ci ildən bəri ilk dəfə "Qızıl top"a iddialılar siyahısına daxil edilməməsi barədə məlumat yayılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Avstriyada sərxoş ukraynalı diplomatlar qəzaya düşdükdən sonra hadisə yerindən qaçdılar

SONRAKI XƏBƏR

Ruslar Dneprin sağ sahilini tərk edir - Vitali Kim