"Şamaxı" qapıçısını itirdi

"Şamaxı" qapıçısını itirdi<span class="qirmizi"></span>

Misli Premyer Liqasının II turunda "Şamaxı" itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Qəbələ" ilə səfər oyununda qapıçı Əkpər Vəliyev sıradan çıxıb.

21 yaşlı qolkiper matçın 10-cu dəqiqəsində zədələnib. Həkim müdaxiləsinə baxmayaraq, gənc qapıçı mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Vüqar Əsgərli erkən əvəzləməyə əl amalı olub. Vəliyevin yerinə Rəşad Əzizli meydana daxil olub.

Qeyd edək ki, birinci hissəsi gedən "Qəbələ" - "Şamaxı" görüşündə birincilər 2:0 hesabı ilə öndədir.

Milli.Az

Mənbə: news.milli.az