Türkiyədə ən çox dəstəklənən xarici klublar

Dünyanın ən böyük azarkeşlə əlaqə platforması kimi tanınan "socios.com" maraqlı araşdırma aparıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, adıçəkilən qurum Türkiyə fanatlarının xəritəsini cızıb.

Araşdırma nəticəsində Türkiyədə ən çox dəstəklənən xarici klubların adları müəyyənləşib. Məlum olub ki, qardaş ölkədə ən çox sevilən xarici klub "Real"dır. Sorğuda iştirak edənlərin 17 faizi "kral klubu"nu dəstəklədiyini söyləyib.

Madrid təmsilçisini müvafiq olaraq "Liverpul" və "Barselona" izləyir.

1. "Real" - 17 faiz
2. "Liverpul" - 16,9
3. "Barselona" - 11,6
4. "Mançester Yunayted" - 10
5. "Bavariya" - 5,9
6. "Mançester Siti" - 5,1
7. PSJ - 4,9
8. "Çelsi" - 4,6
9. "Borussiya" (Dortmund) - 4,5
10. "Yuventus" - 2,5
11. "Milan" - 2,1
12. "Arsenal" - 1,9
13. "İnter" - 1,4
14. "Tottenhem" - 0,8
15. "Atletiko" - 0,6
16. "Ayaks" - 0,5
17. "Roma" - 0,5
18. "Lill" - 0,5
19. "Napoli" - 0,5
20. "Lester" - 0,3

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri davam edir

SONRAKI XƏBƏR

Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Alim Qasımov haqda maraqlı faktlar