Zöhrə Ağamirova topla hərəkətlərdə bürünc medal qazanıb - FOTO

Zöhrə Ağamirova topla hərəkətlərdə bürünc medal qazanıb - FOTO<span class="qirmizi"></span>

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Z.Ağamirova topla hərəkətlərdə üçüncü yeri tutub.

Proqramın finalında topla çıxış edən digər azərbaycanlı gimnast Alina Gözəlova isə dördüncü yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az

Mənbə: news.milli.az