Azərbaycanın qadınlardan ibarət basketbol yığması İslamiadaya qələbə ilə başlayıb

Azərbaycanın qadınlardan ibarət basketbol yığması İslamiadaya qələbə ilə başlayıb<span class="qirmizi"></span>

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına uğurlu start verib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ilk görüşündə Türkiyə seçməsi ilə qarşılaıb. Turnirin favoritinə qarşı gərgin keçən matçda Azərbaycan 14:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, milli komanda qrupdakı növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 20.35 -də Qırğızıstana qarşı olacaq.

Mənbə: report.az