Samir Əliyev: "Turnirin favoritinə qarşı layiqli mübarizə apardıq"

"Bizi hər cəhətdən üstələyən rəqib idi. Yığmaya bu cür oyunlar lazımdır. Buradakı uşaqların əksəriyyəti gələcəkdə U-21-in üzvləri olacaq. Bu cür matçlarda təcrübə toplamalıyıq. Fikrimcə, turnirin favoritinə, ev sahibi komandaya qarşı layiqli mübarizə apardıq".

Bunu "Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev V İslam Həmrəyliyi Oyunlarında yerli ölkənin yığmasına 0:1 hesabı ilə uduzduqları yarımfinal oyunundan sonra deyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İspaniyada genişmiqyaslı meşə yanğını: Səkkiz kənd boşaldıldı

SONRAKI XƏBƏR

Təyyarədə qorxulu anlar - paltarını soyunub, partladacağını dedi