Qadın həndbolçularımız Konyada gümüş medal qazandı - Türkiyəyə uduzublar

Qadın həndbolçularımız Konyada gümüş medal qazandı - Türkiyəyə uduzublar<span class="qirmizi"></span>

 

Azərbaycanın qadın həndbolçuları V İslam Həmrəyliyi Oyunlarının finalında Türkiyə komandasına uduzub.

Bizim.Media xəbər verir ki, matçın birinci hissəsi 16:10, ikinci hissəsi isə 14:14 hesabı ilə başa çatıb.

Qarşılaşma 30:24 hesabı ilə Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Bizim.Media

Mənbə: bizim.media