Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub

Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub<span class="qirmizi"></span>

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

"Report"un məlumatına görə, yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.

İslam Həmrəyliyi Oyunları
Bürünc medallar uğrunda görüş
15 avqust
(Kişilər)
15 avqust
11:00. Türkiyə - Azərbaycan
(Qadınlar)
14:00. Azərbaycan - Kamerun

Komandalarımıza uğurlar arzu edirik.

Mənbə: report.az