Azərbaycanın para-stolüstü tennis komandası İslamiadada medal qazanıb

Azərbaycanın para-stolüstü tennis komandası İslamiadada medal qazanıb<span class="qirmizi"></span>

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala yiyələnib.

Qeyd edək ki, digər üçüncü yeri Tacikistan tutub. Gümüş medallara İran yiyələnib. Meydan sahibi Türkiyə isə birinci olub.

Mənbə: report.az