İslamiada: Azərbaycanın basketbol yığması 1/4 finala yüksəlib

İslamiada: Azərbaycanın basketbol yığması 1/4 finala yüksəlib<span class="qirmizi"></span>

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma bu dəfə Mərakeşi məğlubiyyətə uğradıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən milli komanda sonadək üstünlüyünü qoruyub - 18:11. Bununla da yığma 1/4 finala vəsiqəni təmin edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlib.

Mənbə: report.az