"Qarabağ"la oyundan sonra bunu bacardıq" - Stanislav Çerçesov

"Qarabağ"la oyundan sonra bunu bacardıq" - Stanislav Çerçesov<span class="qirmizi"></span>

“Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Qarabağ”a məğlubiyyət fonunda komandamın oyunundan razı qaldım. Psixoloji olaraq tez bir zamanda toparlanmaq önəmli idi və bunu bacardıq. Üstəlik, "Ferentsvaroş" Avropa yarışlarında Macarıstanı da təmsil edən komandanı böyük hesabla məğlub etdik".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstan çempionatında "Fehervar"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Sport Ekpress"ə açıqlamasında deyib.

 

"İndi biz Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers”lə ardıcıl iki oyuna hazırlaşırıq. Ölkə çempionatında növbəti turun oyunu təxirə salındığı üçün indi yalnız İrlandiya təmsilçisi öyrənirik. Onları bu cümə axşamı evdə qəbul edəcəyik və bir həftədən sonra səfərə çıxacağıq.

"Fehervar"la görüşdə "Qarabağ"la oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər etdik. Qarşımızda Avropa Liqasının qrup mərhələsinə düşmək vəzifəsi durur" - deyə o bildirib.

Mənbə: qol.az