"Qəbələ"nin futbolçusu 6 aylıq sıradan çıxdı

"Qəbələ"nin futbolçusu 6 aylıq sıradan çıxdı<span class="qirmizi"></span>

“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib. Müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. Əhmədov yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.

 

Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.

Mənbə: qol.az