Məşhur klublarda oynamış Avropa çempionu “Zirə”də

Məşhur klublarda oynamış Avropa çempionu “Zirə”də<span class="qirmizi"></span>

Təmkin Xəlilzadə və İlkin Muradovla yollarını ayırmağa hazırlaşan “Zirə” yeni transfer edir.

Klub serbiyalı yarımmüdafiəçi Andriya Lukoviçlə anlaşıb.

Serbiya “Rad”ının yetirməsi olan futbolçu, Niderlandda PSV Eyndhovenin gənclər komandasında, ölkəsində “Srvena Zvezda” və Polşada “Rakuv” kimi tanınmış klublarda çıxış edib.

Onun son klubu Portuqaliya “Belenenseş”i olub.

Lukoviç 2013-cü ildə Litvada keçirilmiş gənclər arasında Avropa Çempionatının finalında Fransaya vurduğu qolla Serbiyaya tarixində ilk qitə çempionluğunu qazandırıb.

“Zirə” 27 yaşlı futbolçuya görə əlavə xərcə düşməyəcək. Serbiya gənclər yığmasında oynamış futbolçu azad agentdir.

Andriya Lukoviç artıq Bakıdadır və klubla müqaviləsinin rəsmiləşməyini gözləyir.

Mənbə: www.oxu.az