De Byazi Azərbaycan millisinə görə xeyriyyə veloturundan imtina edib

De Byazi Azərbaycan millisinə görə xeyriyyə veloturundan imtina edib<span class="qirmizi"></span>

Azərbaycan millisinin baş məqşçisi Canni De Byazinin dostları İtaliyadan Albaniyanın paytaxtı Tiranaya velosiped turu təşkil ediblər.

"Report" xəbər verir ki, pandemiya dövründə tibb işçilərinə dəstək xarakteri daşıyan təşəbbüsə 66 yaşlı mütəxəssis də dəvət olunub.

Lakin o, yığmadakı işləri ilə əlaqədar aksiyaya qoşula bilməyib.

Qeyd edək ki, Canni De Byazi Azərbaycan millisindən əvvəl Albaniya yığmasına rəhbərlik edib.

Mənbə: report.az