Muradov “Qəbələ”nin tarixinə düşdü

Muradov “Qəbələ”nin tarixinə düşdü<span class="qirmizi"></span>

“Qəbələ” tarixində 800-cü qolu vurub.

Apasport.az saytının məlumatına görə, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib.

“Şamaxı” ilə ev oyununda hesabı açan Rövlan Muradov klubun tarixinə düşüb. Yarımmüdafiəçi yubiley qolunun müəllifi olub.

“Qırmızı-qaralar” klubun yarandığı 2005-ci ildən Qəbələ şəhər stadionundakı matçadək 799 dəfə fərqlənmişdi. Şamaxının eyniadlı klubuna 3:1 hesabı ilə qalib gələn komanda qollarının ümumi sayını 802-yə çatdırıb.

“Qəbələ”nin 800-cü qolu 614-cü rəsmi matça təsadüf edib. Komandanın vurduğu 802 topdan 448-i evdə, 352-si səfərdə, 2-si neytral meydanda qeydə alınıb.

“Qırmızı-qaralar” Premyer Liqada 571, ölkə kubokunda 120, birinci dəstədə 72, avrokuboklarda 39 dəfə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, klub tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. Birinci dəstənin “Şərur”la ev matçının 23-cü dəqiqəsində rəqib oyunçu İlqar İbrahimov avtoqol müəllifi olub.

 

Mənbə: www.xeberoxu.az