Kvaratsxeliyadan uğurlu debüt, “Napoli” səfərdə darmadağına sevindi

 

İtaliya A seriyasının açılış turu davam edir.

Oxu.Az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri “Verona”da baş tutub.

Şəhərin eyniadlı komandası “Napoli”ni qəbul edib.

Azarkeşlərin 7 qola şahidlik etdikləri matçda qonaqlar 5:2 hesablı qələbəyə seviniblər.

“Napoli”nin heyətində gürcü futbolçu Xviça Kvaratsxeliyanın debütü xüsusi uğurlu alınıb. O, 68 dəqiqə meydanda qaldığı qarşılaşmada bir qol və bir məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycanda “Kəpəz” və “Şəmkir” klublarındakı çıxışı ilə məşhurlaşmış, milli komandamızın da formasını geyinmiş gürcü hücumçu Badri Kvaratsxeliyanın oğludur.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna rusların daha iki PUA-sını məhv etdi

SONRAKI XƏBƏR

Beyləqanda şəhid Emin Məmmədovun xatirəsi yad olunub