"Zirə"nin legioneri: "Əla mövsüm keçirmək istəyirik"

"Zirə"nin legioneri: "Əla mövsüm keçirmək istəyirik"<span class="qirmizi"></span>

"Karyeramı "Zirə"də davam etdirəcəyim üçün xoşbəxtəm. Burada məni çox sevirlər. Maraqlı təklif etdilər, mən də razılaşdım. İnanıram ki, bu mövsüm qarşıya qoyulan hədəflərə çatacağıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Filipe Paxtman "qartallar"la müqavilə müddətini uzatması barədə danışarkən deyib.

Ötən ayın əvvəlində 3 illik yeni sözləşməyə imza atan braziliyalı hücumçu əsas məqsədlərinin əla mövsüm keçirmək olduğunu bildirib: "Öz potensialımıza çox inanırıq və azarkeşlərimizə böyük sevinc bəxş etmək üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Filipe Paxtman 2021-ci ilin yanvarından "Zirə"də çıxış edir.

Mənbə: report.az