"Viktoriya" "Qarabağ"la oyun üçün Bakıya gətirdiyi futbolçuları açıqlayıb

"Viktoriya" "Qarabağ"la oyun üçün Bakıya gətirdiyi futbolçuları açıqlayıb<span class="qirmizi"></span>

Çexiyanın "Viktoriya" (Plzen) komandası "Qarabağ"la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yollanacaq futbolçuları açıqlayıb.

"Report" Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 oyunçu yer alıb.

Qapıçılar: Marian Tvrdon, Martin Yedliçka, Yindrjix Stanek;

Müdafiəçilər: Lukaş Heyda, Məhəmməd Tijani, Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip Çihak, Libor Holik;

Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopiç, Con Moskera, Pavel Buxa, Kadu, Lukaş Kalvax, Aleş Çermak, Erik Yirka, Modu NDiay;

Hücumçular: Yan Kliment, Tomaş Xori, Rene Dediç.

Qeyd edək ki, iyulun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

 

Mənbə: report.az