Elmar Qasımov: "Formada deyiləm, güləşə bilmədim"

"Bu, tək mən yox, başqaları üçün də narahat rəqibdir. Güləşə bilmədim. Fənd tətbiq edirdi, saxlaya bilmirdim".

"Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan cüdoçusu Elmar Qasımov jurnalistlərə açıqlamasında deyib.

100 kq-da fəxri kürsünün 2-ci pilləsinə qalxan idmançı tam formada olmadığını və təcrübəsi hesabına güləşdiyini bildirib: "Məşq edib, qarşıdakı yarışlaradək daha yaxşı formada olacağam. Sevindirici haldır ki, finala kimi irəlilədim. Əslində ciddi problemim yoxdur. Sadəcə, qabırğam əzilmişdi. Ona görə yaxşı məşq edə bilməmişdim. Amma sonuncu Avropa çempionatında güclü rəqibləri udub, 3-cü yeri tutmuşdum".

O, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına qatılmayacağı üçün İslamidada iştirak etdiyini söyləyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Şabranda yanğın iki kənd qəbiristanlığına da keçib

SONRAKI XƏBƏR

“Sungur” portativ HHM sistemi Türkiyə ordusunun silahlanmasına daxil olub