İslamiada: Azərbaycanın futbol yığması mükafatlandırılıb

İslamiada: Azərbaycanın futbol yığması mükafatlandırılıb<span class="qirmizi"></span>

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektivə bürünc medalla təqdim olunub.

Finalda Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələn Türkiyə yığmasına qızıl medalları gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu verib. Digər finalçı isə gümüş medallara layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Əlcəzairi məğlub edib.

Mənbə: report.az