Cüdo üzrə azərbaycanlı hakim İslamiadada hakimlik edib

Cüdo üzrə azərbaycanlı hakim İslamiadada hakimlik edib<span class="qirmizi"></span>

 

Bakı, 17 avqust, AZƏRTAC

Cüdo üzrə azərbaycanlı hakim Nazim Umbayev V İslam Həmrəyliyi Oyunlarında ədalət təmsilçiləri arasında yer alıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, ACF hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim N.Umbayev oğlanlar arasında 100 kiloqram çəki dərəcəsində bürünc medal görüşünü və qadınlar arasında 52, 57, 70 kiloqram çəki dərəcələrinin final qarşılaşmalarını idarə edib.

Qeyd edək ki, bu gün oyunlarda cüdo idman növü üzrə komanda yarışları keçirilir.

Mənbə: azertag.az