Məşhur futbolçu Məhəmməd Salah kilsənin bərpasına 150 min avro bağışlayıb

Məşhur futbolçu Məhəmməd Salah kilsənin bərpasına 150 min avro bağışlayıb<span class="qirmizi"></span>

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah bazar günü Misirin paytaxtı Qahirədə yanğın nəticəsində zədələnmiş kilsənin bərpası üçün 150 min avro köçürüb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “National” nəşri yazıb. Salah Böyük Britaniyanın ən xeyirxah insanı kimi tanınır.
Xatırladaq ki, bazar günü Qahirənin İmbama rayonundakı xristian kilsələrindən birində kondisionerdə yaranan problemlər səbəbindən yanğın baş verib. Əksəriyyəti uşaq olmaqla 41 nəfər həlak olub. Ölümlərin çoxu tüstüdən zəhərlənmə nəticəsində baş verib.

Sona
Ölkə.Az

Mənbə: olke.az