Azərbaycanlı kikboksçu İslamiadada mükafatlandırılıb

Azərbaycanlı kikboksçu İslamiadada mükafatlandırılıb<span class="qirmizi"></span>

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış Azərbaycan kikboksçusu Elxan Əliyev mükafatlandırılıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, "full contact"da 71 kq çəki dərəcəsində çıxış edən idmançıya bürünc medal təqdim olunub.

Qeyd edək ki, bu çəki və növdə Məqsəd Ussip (Qazaxıstan) çempion olub. Camaləddin Nəsirov (Özbəkistan) gümüş medal qazannıb. Digər bürünc medalın sahibi isə Mohanad Husseyn (İordaniya) olub.

 

Mənbə: report.az