Bakıda 5 il sonra ÇL-in himni səsləndi - Video

Bakıda 5 il sonra ÇL-in himni səsləndi - Video<span class="qirmizi"></span>

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Viktoriya” (Çexiya) matçı ilə əlaqədar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda texniki məşq keçirilib.

Qol.az xəbər verir ki, görüşə hazırlıqla bağlı keçirilən testdə Çempionlar Liqasının himni səslənib. Bundan başqa, digər texniki məsələlər də yoxlanılıb.

 

Qeyd edək ki, Bakıda son dəfə Çempionlar Liqasının himni 2017-ci ildə “Qarabağ”ın qrup oyunları zamanı səslənib.

Mövcud qaydalara əsasən, ÇL-in möhtəşəm himni yalnız yarışın pley-off mərhələsindən başlayaraq stadionda səsləndirilir.

Xatırladaq ki, “Qarabağ” - “Viktoriya” oyunu bu gün saat 20:45-də başlanacaq.

Mənbə: qol.az