"Fənərbaxça"ya 180 milyonluq ŞOK təklif: Gözlənilməz transfer reallaşır

"Fənərbaxça"ya 180 milyonluq ŞOK təklif:  Gözlənilməz transfer reallaşır<span class="qirmizi"></span>

 

“Sportinq Lissabon” klubu “Fənərbaxça”da az forma şansı tapan yarımüdafiəçi Migel Krespo üçün 7 milyon avro miqdarında təklif göndərib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi məbləğin az olduğunu deyərək, təklifi rədd edib. İddialara görə, Portuqaliya təmsliçisi bu dəfə 9-10 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır. Bu isə təqribən 180 milyon türk lirəsi deməkdir və məbləğin “Fənərbaxça”nı qane edəcəyi deyilir. Təklif Türkiyə təmsilçisi üçün də gözlənilməz olub. Bildirilir ki, “Sportinq Lissabon”un maksimum büdcəsi 10 milyon avrodur. “Sportinq Lissabon” əvvəlcə “Braqa”nın oyunçusu Al Musrati üçün təklif göndərib. 12 milyon avro tələb olunduğuna görə, “Sportinq Lissabon” transferdən imtina edib.

Qeyd edək ki, “Fənərbaxça” Migel Kresponu 1,5 milyon avroya transfer etmişdi.

 

 

 

Mənbə: metbuat.az