Azərbaycan millisinin baş məşqçisi turun açılış oyununu izləyəcək

Azərbaycan millisinin baş məşqçisi turun açılış oyununu izləyəcək<span class="qirmizi"></span>

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıya qayıdıb.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis gəlişindən sonra bu gün ilk oyununu izləyəcək.

66 yaşlı baş məşqçi Şamaxıda eyniadlı komanda ilə "Səbail" arasında keçiriləcək Premyer Liqanın III turunun açılış matçına tribunadan tamaşa edəcək.

Qeyd edək ki, qarşılaşma saat 16:30-da başlayacaq.

Mənbə: report.az