Ançelotti buna qarşıdır

Ançelotti buna qarşıdır<span class="qirmizi"></span>

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kazemironun "Mançester Yunayted"ə mümkün keçidinə qarşıdır.

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 63 yaşlı mütəxəssis 30 yaşlı yarımmüdafiəçinin yerinə qısa müddət ərzində keyfiyyətli oyunçu tapa bilməyəcəklərini düşünür. Ona görə də Ançelotti bu tranfser danışıqlarından narazıdır.

 

Daha əvvəl Kazemironun "Mançester Yunayted"lə 4 illik müqavilə üçün razılaşdığı bildirilmişdi.

Qeyd edək ki. Kazemiro 2013-cü ildən Madrid təmsilçisində oynayır. O, bu komanda ilə 18 kubok qazanıb. Braziliyalı futbolçunun klubla müqaviləsi isə 2025-ci ilin yayına qədərdir.

Mənbə: qol.az