İslamiadanın mükafatçısı: "Azərbaycanı bundan sonra da layiqincə təmsil edəcəyəm"

İslamiadanın mükafatçısı: "Azərbaycanı bundan sonra da layiqincə təmsil edəcəyəm"<span class="qirmizi"></span>

"İki ay öncə ilk dəfə böyüklər arasında Avropa çempionatına qatıldım və orada bürünc medal götürdüm".

"Report"un məlumatına görə, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

55 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı bildirib ki, 21 yaşı yenicə tamam olmasına baxmayaraq, liderlərlə döyüşmək və eyni sırada durmaq onun üçün böyük qürurdur: "Bilirəm ki, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyəm".

Mənbə: report.az