“Real” üçün PİS XƏBƏR

“Real” bu yay Bruno Gimaraeşi transfer edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb klubu “Nyukasl”ın 24 yaşlı yarımmüdafiəçini buraxmaq istəməməsidir.

“Kral klubu” “Mançester Yunayted”ə keçməyə yaxın olan Kasemironu əvəzləmək üçün məhz Braziliya millisinin digər üzvünü nəzərdən keçirir. Ancaq “sağsağanlar” onu heç bir məbləğə satmaq fikrində deyil. Həmçinin yarımmüdafiəçi özü də komandada qalmağı düşünür.

Qeyd edək ki, “Nyukasl” Bruno Gimaraeşin transferi üçün bu ilin yanvarında “Lion”a 42+8 milyon avro ödəyib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Elşən Abdulrəhimov: "İslamiada bizim üçün mötəbər və məsuliyyətli yarış idi"

SONRAKI XƏBƏR

Ukraynada fövqəladə rejim vəziyyəti uzadılıb